Bakıda "Şaxta baba"nın ŞOK qiymətləri  - 1 saatı 300 manat
09 dekabr 2025 17:06 (UTC +04:00)

Bakıda "Şaxta baba"nın ŞOK qiymətləri - 1 saatı 300 manat

0

Yeni ilə az qalıb. Xüsusən paytaxtın mərkəzi hissələrində bayram ab-havası hiss olunur. Lakin əvvəllər bayramqabağı küçələrdə, şam ağacı qurulan yerlərdə ən az bir “Şaxta baba” və “Qar qız” görürdüksə, indi onlarla demək olar ki, rastlaşmırıq. Ancaq yarmarkalarda növbələrinə düşüb, üzlərini görmək olur.

Bəs görəsən, bu il Bakıda “Şaxta baba” olmaq üçün müraciət edənlər olubmu? Yoxsa həqiqətən bizmi onları görə bilmirik?

Lent.az-ın sorğusuna Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirildi ki, bu il “Şaxta baba” olmaq üçün müraciət edən olmayıb:

“Həmçinin “Şaxta baba”ların dövlət rüsumu 60 manat müəyyən olunub. Son 2 ildə müraciət edən olmayıb. Yarmarkalardakı “Şaxta baba”lar isə təşkilatçılar tərəfindən ödənişlə dəvət edilir”,-deyə qeyd etdilər.

Evlərə, korporativ şənliklərə gedən “Şaxta baba”ların 1 saatının qiyməti nədir?

Lent.az bir neçə “Şaxta baba” ilə əlaqə saxlayıb. Onlar ünvana və günə görə qiymətin artıb, azaldığını bildirdilər.

“Şaxta baba”lardan biri qeyd etdi ki, məktəb və bağçaların korporativ tədbirlərində şaxta baba, qar qız, panda, şar, köpük, alov və qar şousu ümumilikdə 180 manat təşkil edir:

“Daha münasib qiymətlə şaxta baba, qar qız, panda, qar və şar şousunu 150, qar şou olmadan isə 130 manata təklif edirik”.  

Digər şaxta baba isə 1 saat qar qızla birlikdə tədbirdə iştirak etməyin 100 manata başa gəldiyini vurğuladı.

“Günündən və saatından asılı olmayaraq, qar qızla birlikdə iştirakımız 100 azn-dir”.

Əlaqə saxladığımız başqa bir şaxta baba qeyd etdi ki, qiymətlər tarixə və ünvana görə dəyişir:

“30 dekabrda şaxta baba və qarqız 100, 31-i isə 120 manat təşkil edir”.

Şaxta babalardan biri qeyd etdi ki, dekabrın 30-u tək iştirakı 200, 31-i isə 300 manat olacaq:

“Yerlər indidən dolub. 1 saatlıq məbləğlər 200 və 300 təşkil edir. Müraciət üçün dekabrın ilk günlərindən yazılıblar artıq”.

Sorğumuza əsasən onu qeyd edə bilərik ki, Bakıda ən bahalı şaxta baba qiyməti 300 manatdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar