“Ana gəlib 16 gündü bizdə olan qızı üçün gəlib. Uşağın bədənindəki izlərin hamısını da çəkmişik. Deyirəm uşağı niyə döymüsən? Deyir ki, telefona cavab verməyib ona görə”.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki,sığınacağa gətirilən uşağın çiyinləri dişlək-dişlək , ayağında “qançır”lar var:
“Qıza sual verdim ki, anan səni niyə döydü? Dedi ki, anam "patı" çəkəndə onun üçün məni döyməsinin səbəbi olmur” .
Qeyd edək ki, bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Daxili İşlər Nazirliyinə sorğu verilib.
Əlavə məlumat veriləcək.