Paytaxtda mağazaların birində üzərində marixuana şəkli olan içki satılır. Qiyməti 3 manat 89 qəpiyə olan, alman istehsallı bu içikinin üzərindəki etiketdə də tərkibində vitaminlərlə bərabər, xaşxaş bitkisinin olunduğu qeyd edilib.
AQTA Lent.az-ın sorğusuna cavab olaraq bu məsələyə münasibət bildirib.
"Məsələ ilə bağlı məlumat agentliyə daxil olub və aidiyyəti üzrə yönləndirilib. Bununla bağlı araşdırmalar aparılacaq. Araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq”.