Yasamal rayonu, 18 nömrəli tam orta məktəbin müəllimi Teymurova Vəfa Rafail qızı vəfat edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, müəllimə koronavirusdan dünyasını dəyişib.
Belə ki, son günlərdə Vəfa Teymurova və ailəsi koronavirusa yoluxub. Ailə üzvləri hamısı evdə müalicə alıb və sağalıb. Sonra birdən-birə müəllimin səhhəti ağırlaşıb. Onu xəstəxanaya yerləşdirsələr də həyatını xilas etmək mümkün olmayıb.