Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.
Lent.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.
Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.
Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.
***
saat 10:25
Bakıdakı 66 nömrəli "Tərəqqi liseyi" distant təhsilə keçib.
Lent.az-ın əldə etdiyi məlumata görə, müəllimlər və şagirdlər arasında kütləvi yoluxma səbəbindən məktəb bağlanıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, məktəblərdə karantin müddəti 1 həftəyə endirilib.