Bakıda bu yolda sürət həddi 20 km/saat endirildi - XƏBƏRDARLIQ
25 noyabr 2021 08:29 (UTC +04:00)

Bakıda bu yolda sürət həddi 20 km/saat endirildi - XƏBƏRDARLIQ

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

Sürücülərə tövsiyə olunub ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin, meterioloji amilləri nəzərə alsınlar.
 

# 1629
avatar

Oxşar yazılar