Binəqədi rayonunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Belə ki, noyabrın 24-ü saat 10:00-dan noyabrın 26-sı saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.