Bakıda binalar neçə ballıq zəlzələyə davamlıdır? - CAVAB
22 dekabr 2022 14:36 (UTC +04:00)

Bakıda binalar neçə ballıq zəlzələyə davamlıdır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu Bakıdakı binaların zəlzələyə davamlılığı ilə bağlıdır.

Son dövrlər paytaxtda tikilən hündürmərtəbəli binaların sayı günü-gündən artır. Amma əsas məsələ hündürmərtəbəli binaların çoxluğu yox, keyfiyyətli və təhlükəsiz olmasıdır. 

Bəs maraqlıdır, seysmoloji cəhətdən standartlara cavab verir mi?

Lent.az xəbər verir ki, məsələyə Azərbaycan Memarlar İttifaqının üzvü, memar Fəzail Bayramov mediaya müsahibəsi zamanı açıqlama gətirib.

O bildirib ki, inşaat sahəsində dəmir-beton öz yerini metal konstruksiyaya verib. Belə ki, metal konstruksiya çox dayanıqlı, möhkəm və elastik olduğu üçün müasir memarlıqda daha çox tətbiq olunur.

"Məhz bu səbəbdən Bakının özündə çoxmərtəbəli binalar 8-9 bal gücündə zəlzələyə davamlıdır. İsmayıllı rayonunun dağ hissələri xeyli seysmo aktiv olduğundan orada çoxmərtəbəli deyil, yalnız 1 mərtəbəli evlərin tikintisi məqsədəuyğundur. Çünki bu yerlərdə 9-10 bal gücündə zəlzələ olması mümkündür. Odur ki, hər hansı bir ərazidə bina tikilərkən, yaşayış məskəni salınarkən həmin ərazilərdə torpağın qruntu, geoloji xüsusiyyətləri öyrənilməlidir. Həmçinin layihə hazırlanarkən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara əməl edilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Fidan İlqar

Oxşar yazılar