Bakıda 22 nəfər qazdan  ZƏHƏRLƏNDİ:   4-ü uşaqdır
23 noyabr 2021 13:01 (UTC +04:00)

Bakıda 22 nəfər qazdan ZƏHƏRLƏNDİ: 4-ü uşaqdır

Noyabrın 1-dən bu günədək Kliniki Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə faktı ilə bağlı 22 nəfər müraciət edib.

Bu barədə mərkəzin mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 10-u qadın, 8-i kişi, 4-ü isə uşaq olub.

Qeyd edilib ki, onlar arasında ölüm halı baş verməyib.

# 2496
avatar

Aytəkin Cəlali

Oxşar yazılar