Bakıda 12 heyvan kəsimi məntəqəsi  CƏRİMƏLƏNDİ  - SİYAHI
21 iyun 2021 11:12 (UTC +04:00)

Bakıda 12 heyvan kəsimi məntəqəsi CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları iyunun 18-də Bakı şəhərinin Səbail və Xətai rayonları üzrə keçirdiyi monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Qurumdan Lent.az-a verilən məlumata görə, həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Səbail rayonu üzrə:

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cənub küçəsində yerləşən, fiziki şəxs Həsənov Şəmkir İdris oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Mərhəmət Əzizağa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Habil Nuşirəvan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3 ünvanında yerləşən, fiziki şəxs Əliyev İlqar İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 23 ünvanında yerləşən , fiziki şəxs Şirinov Şirin Siyasət oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 18 ünvanında yerləşən, fiziki şəxs Əsədov Ramil Barat oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 13 ünvanında yerləşən, fiziki şəxs Əzimov Nizaməddin Rəhim oğluna məxsus heyvan kəsimi məntəqəsi;

8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 102 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Şaiq Miriş oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xətai rayonu üzrə:

1. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 84 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Səbuhi Məmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 9 ünvanında yerləşən, fiziki şəxs Mikayılov İsmayıl Murtuza oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 22 ünvanında yerləşən, fiziki şəxs Daşdəmirov Kamil Gülüş oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 15/2 ünvanında yerləşən, fiziki şəxs Qarayev Əli İsfəndiyar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

 

# 1254
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar