Bakı milyonçusunun  məzarı acınacaqlı durumda - FOTO
29 noyabr 2022 12:05 (UTC +04:00)

Bakı milyonçusunun məzarı acınacaqlı durumda - FOTO

Bakı milyonçusu Hacı Sultanəlinin məzarı baxımsız vəziyyətdədir.

Lent.az xəbər verir ki, milyonçunun məzarı Sabunçu rayonu Ləhiş bağlarında yerləşir. Görünüşdündən uzun müddətdir baxımsız qaldığı açıq hiss olunur. Buna görə də, məzarın başdaşı hissəsi uçub-sökülüb.

Məsələ ilə bağlı Kürdəxanı qəsəbə bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirildi ki, məzarın olduğu ərazi elə milyonçunun qohumlarına məxsusdur:

“Milyonçunun qohumlarında həmin ərazinin sənədləri var. Ərazi bağ sahəsidir. Qəbiristanlıq deyil. Orada həmin qohumlara məxsus başqa qəbirlər də olmalıdır. Milyonçu vəsiyyətə əsasən, həmin bağ sahəsində dəfn edilib. Məzara milyonçunun nəvə-nəticəsi, öz qohumları baxmalıdır. Bu, bələdiyyənin səlahiyyətində deyil”.

Milyonçu, xeyriyyəçi Hacı Sultanəli Haşım oğlu 1851-ci ildə Balaxanı qəsəbəsində doğulub. O, Bakıda 3 məscid və 1 hamam, Balaxanı qəsəbəsində 1 məktəb, həmçinin Quba rayonunda 1 məscid tikdirib. Hacı Sultanəli fəhləlikdən Bakının gənc milyonçusuna çevrilib. Hacı Zeynalabdin Tağıyevin yaxın dostu olub. Milyonçu 1921-ci ildə infarktdan vəfat edib.

Öz vəsiyyəti ilə Ləhiş bağlarında tikdirdiyi məscidin yanında dəfn edilib.

Hacı Sultanəlinin məzarı

# 6195
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

26 yanvar 2023 , 12:35