Bağça
16 aprel 2021 17:51 (UTC +04:00)

Bağça

Bağçalarda 2 milyonluq yeyintiyə RƏSMİ REAKSİYA

Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində uşaq bağçalarinda 2 milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən Lent.az-a bildirilib ki, söhbət 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir: “Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir. Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin  alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin  müəssisə daxili uniformaların alışından gedir. Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır”.

Məkumata görə, aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin ediliib: “Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar