Кejissor Emin Məmmədov
05 iyun 2021 20:41 (UTC +04:00)

Кejissor Emin Məmmədov

AzTV-nin Kəlbəcərdə minaya düşən rejissoru VİDEO PAYLAŞDI

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə o, özü facebook hesabında video paylaşıb.

E.Məmmədovun qeyd edib ki, yüngül yaraları var və dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün Bakıya gəlir.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

# 16179
avatar

Oxşar yazılar