Azərbaycanlı jurnalist oğluna toy etdi - Az qonaq gəldi -FOTO
19 aprel 2021 10:50 (UTC +04:00)

Azərbaycanlı jurnalist oğluna toy etdi - Az qonaq gəldi-FOTO

Rusiyanın məşhur NTV kanalında fəaliyyət göstərən Azərbaycan əsilli jurnalist İradə Zeynalovanın oğlu Teymur Samolyetovun toy fotoları yayımlanıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, 24 yaşlı Teymurun toyu aprelin 16-da olub və məclisdə yalnız ailə üzvləri iştirak edib. Pandemiya səbəbi ilə İradə Zeynalova toy məclisinə az sayda qonaq dəvət edib.

Qeyd edək ki, Teymur Samolyetovun atası da jurnalist olub. Oğlunun atası ilə 20 il evli olan İradə xanım daha sonra hərbi jurnalist Aleksandr Yevstiqneyev ilə eşq məcarası yaşayıb və ailə həyatı qurublar. Aleksandr Yevstiqneyevin İradə Zeynalovadan on yaş kiçik olduğu qeyd olunur. 

Jurnalist İradə Zeynalovanın oğlunun toyundan foto


Teymur Samolyetov və həyat yoldaşı 

# 12753
avatar

Nigar Adil

Oxşar yazılar