Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq - FOTO
29 sentyabr 2021 15:55 (UTC +04:00)

Azərbaycanlı alimin hazırladığı COVID-19 peyvəndinin sınaqlarına başlanılacaq - FOTO

Türkiyənin Akdeniz Universitetində hazırlanan kokteyl COVID-19 peyvəndlərinin sınaqları üçün hazırdır.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akdeniz Universitetinin professoru Tərlan Məmmədovun və rəhbərlik etdiyi qrupun il yarımdır üzərində işlədikləri “Nicotiana Benthamiana” tütün növünün yarpaqlarından hazırlanan kokteyl peyvəndin uşaqlarda da istifadəsi mümkündür.

T.Məmmədov bildirib ki, hazırlanan peyvənd koronavirusun mutasiyalarına qarşı da təsirli olacaq:

“Peyvəndin bədəndə ikiqat antitel yaratmasını, iki dəfə çox qoruyucu olmasını da hədəfləmişik. Buna görə də ona kokteyl deyirik”.

Professor əlavə edib ki, sözügedən bitkini torpaqsız yüksək miqdarda hazırlamaq mümkündür:

“Biz hazırda onu laboratoriyada yetişdiririk. 1 kiloqram bitkidən 5 min doza peyvənd hazırlamaq mümkündür. Düşünürəm ki, hazırladığımız peyvənd ən təhlükəsizdir. Çünki onun əsasını protein təşkil edir”.

Qeyd edək ki, Tərlan Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

# 7461
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar