Azərbaycanda yolu olmayan kənd
26 aprel 2022 19:44 (UTC +04:00)

Azərbaycanda yolu olmayan kənd

Xüsusi təyinatlıların əfsanəsi, təkcə adı çəkiləndə düşməni lərzəyə salan şəhid Pəncəli Teymurovun kəndinin yolları bərbad gündədir.

Lent.az-ın APA TV-ə istinadən məlumatına görə, Astaranın ucqar dağ kəndlərindən biri olan Əzərud kəndi Peştəsər silsiləsinin ətəyində yerləşir və adını ərazisindəki çaydan alıb. Əzərudda 200-ə yaxın sakin yaşayır və 70-ə yaxın təsərrüfat var. Kənd füsunkar təbiəti ilə yanaşı keçilməz yolları ilə də seçilir. Əsasən də 2.5 km uzunluğunda olan bu yol bərbad hala düşüb. Amma yolun təmiri ilə bağlı iş aparılmır.

Lap relyefi də nəzərə alsaq, 2 km-lik yolun istifadəyə yararlı vəziyyətə gətirilməsi bu qədərmi çətin məsələdir? Bu sualı kənd ərazisi üzrə icra nümayəndəsinə ünvanladıq və aydın oldu ki, bu problem tək Əzərud yoluna aid deyil. Bələdiyyənin balansında olan 10 kəndin ümumilikdə 18.5 km-lik ara yollarında bəzən təmir işləri aparılsa da, problem tam həll olunmayıb.

İcra nümayəndəsi tam söz verməsə də, ümid edirik ki, məhz bu süjetimizdən sonra çəkiliş apardığımız yolun vəziyyəti və təmirinin vacibliyi aidiyyəti qurumların diqqətini çəkəcək və kəndin yolu təmir olunacaq.

# 2448
avatar

Oxşar yazılar