Azərbaycanda yaşlara görə  YOLUXMA : 9 yaşadək ...
26 iyul 2021 10:27 (UTC +04:00)

Azərbaycanda yaşlara görə YOLUXMA: 9 yaşadək ...

Azərbaycanda COVID-19-a yoluxanların yaş qruplarına görə bölgüsü aparılıb.

Lent.az məlumat verir ki, 0-9 yaş arası 3 %, 10-19 yaş arası 6 %, 20-29 yaş arası 16 % şəxs koronavirusa yoluxub.

İnfeksiyaya yoluxanların əksəriyyəti 30-39 (21 %) arası olan şəxslər olub.

Bundan başqa 40-49 yaş arası 15 %, 50-59 yaş arası 18 %, 60-69 yaş arası 15 %, 70-79 yaş arası 4 %, 80-dən çox yaşı olan şəxslərdə isə yoluxma sayı 2 % təşkil edib.

Əlavə edək ki, hazırda ölkədə COVID-19-a yoluxanların 51 %-i qadın, 49 %-i isə kişilərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar