Azərbaycanda 12721-dən artıq Vətən müharibəsi qazisi və 80 mindən artıq müharibə iştirakçısı var.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan 17 min şəxslə bilavasitə iş aparılıb və 12188 şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Mustafa Abbasbəyli qeyd edib ki, bu il ərzində isə 16700 nəfərin özünüməşğullq proqramına cəlb olunması nəzərdə tutlur.