Azərbaycanda tüğyan edən virus:  Nə etməliyik? - İNFEKSİONİST DANIŞDI
13 mart 2024 14:35 (UTC +04:00)

Azərbaycanda tüğyan edən virus: Nə etməliyik? - İNFEKSİONİST DANIŞDI

Son zamanlarda insanlar arasında xəstəlik yayılıb. Hazırda xəstəliyə yoluxan insanlarda qızdırma, halsızlıq, titrətmə əlamətləri müşahidə edilir.

Maraqlıdır, görəsən, bu xəstəliklərdən özümüzü necə qorumalıyıq?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, qızdırma və titrətmə müxtəlif infeksion xəstəliklərdə rast gələn əlamətlərdir. 

Onun sözlərinə görə, bunların səbəbləri müxtəlif ola bilər:

“Hər bir xəstə diaqnozun dəqiqləşdirilməsi üçün müayinə olunmalıdır. Bu əlamətlərin tez və öz-özünə keçməsi daha çox virus infeksiyalarını göz önünə almağa imkan verir. Lakin, bu heç də həmişə belə deyil. Yalnız səbəb bilindikdən sonra qorunma tədbirlərindən danışmaq olar. Qış fəsli ilə əlaqədar respirator virusların üstünlük təşkil etməsini nəzərə alaraq hava-damcı infeksiyalarında tətbiq olunan qaydalara əməl olunması faydalı ola bilər”.

# 4191
avatar

Arzu Qurbanlı

Oxşar yazılar