Azərbaycanda terrordan zərərçəkənlərin əlilliyi belə MÜƏYYƏNLƏŞƏCƏK
17 noyabr 2021 14:56 (UTC +04:00)

Azərbaycanda terrordan zərərçəkənlərin əlilliyi belə MÜƏYYƏNLƏŞƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarında əlilliyin qiymətləndirilməsi qaydaları dəyişib.

Lent.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib.

Belə ki, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edir.
 

# 1494
avatar

Aytəkin Cəlali

Oxşar yazılar