Azərbaycanda peyvənd olunanların  SAYI AÇIQLANDI
24 aprel 2021 17:10 (UTC +04:00)

Azərbaycanda peyvənd olunanların SAYI AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 090 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 830, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 260 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 412 481, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 934 906, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 477 575 təşkil edir.

# 1608
avatar

Oxşar yazılar