Azərbaycanda neçə uşaqda xərçəng aşkarlanıb? -  CAVAB
15 fevral 2022 12:22 (UTC +04:00)

Azərbaycanda neçə uşaqda xərçəng aşkarlanıb? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu 2021-ci ildə onkoloji xətəliklərin aşkarlandığı uşaqların sayı ilə bağlıdır. 

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir və uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir. Uşaqlarda onkologiyanın əsas hissəsini embrional şişlər əhatə edir. Bunların içində leykemiyalar (28%), mərkəzi sinir sisteminin şişləri (18-20%) və limfomalara (12-14%) daha çox rast gəlinir. Digər bədxasssəli şişlər, məsələn, nefroblastoma, neyroblastoma, rabdomiosarkoma isə hər biri ayrılıqda 6-7%-dir. Böyüklərdə təsadüf edən xərçəng xəstəlikləri (mədə-bağırsaq, ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma mümkündür”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib. 

Bəs, 2021-ci ildə Azərbaycanda neçə uşaqda onkoloji xəstəlik aşkarlanıb?

Bu sualı da Reyman İsmayılzadə cavablandırıb:

“2021-ci ildə klinikada 170 uşaqda onkoloji xəstəlik aşkar olunub və hamısı müvafiq protokollar əsasında müalicə alıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Aytəkin Cəlali

Oxşar yazılar