Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu Azərbaycanda əks-göstəriş sertifikatına görə edilən müraciətlərlə bağlıdır.
Bu günə qədər ölkədə koronavirus peyvəndinə qarşı əks-göstəriş sertifikatı ilə bağlı təxminən 69 minə yaxın müraciət olub.
Lent.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müraciət edənlərdən 40 minə yaxını süd verən analar, 10 404 nəfər isə hamilələr, 6000-dən çox xroniki xəstəliyi olanlardır: “Hazırda xroniki xəstəliklə bağlı müraciətlərin sayı azalıb. Xəstəliyi olanlarla bağlı göstərici ortalama 7 faizdir. Proses elektron olduğundan burada heç bir əlavə müdaxilədən söhbət gedə bilməz”.