Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Azərbaycanda olan əcnəbi tələbələrin sayı ilə bağlıdır.
Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov bildirib ki, müxtəlif sosial media və digital resurslar vasitəsilə Azərbaycanda təhsilin təbliği alətləri də beynəlmiləşməyə hədəflənib:
“Əcnəbilərin ölkəmizdə təhsil imkanlarını genişləndirir. Beynəmiləşmiş təhsil müəssisəsində əcnəbi tələbələrin, professor və müəllim heyətinin marağı çox olur”.
Bəs, Azərbaycanda neçə əcnəbi tələbə var?
Lent.az-ın bu sualı Təhsil Nazirliyi tərəfindən cavablandırılıb.
Belə ki, 2021-2022-ci tədris ili üçün 7300-dən artıq əcnəbi tələbə ilk dəfə olaraq Azərbaycanda təhsil alırlar. Bu say ildən-ilə artmağa davam edir.