Azərbaycanda nə qədər pensiyaçı var? - CAVAB
16 noyabr 2021 14:50 (UTC +04:00)

Azərbaycanda nə qədər pensiyaçı var? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu ölkədə olan pensiyaçıların sayı ilə bağlıdır. 

Qeyd edək ki, Azərbaycanda yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5%-ni qadınlar, 44,5%-ni isə kişilər təşkil edir.

Bəs ölkədə ümumilikdə neçə pensiyaçı var?

Məsələ olə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr idarəsindən sualımız cavablandırılıb.

Bildirilib ki, pensiyaçılar ümumi əhalinin 12 faizini təşkil edir: "Respublika üzrə pensiyaçıların ümumi sayı isə 1 milyon 200 min nəfərdən çoxdur".

# 3174
avatar

Aytəkin Cəlali

Oxşar yazılar