Azərbaycanda nazir müavini işdən azad edildi - SƏBƏB  -  YENİLƏNİB
01 fevral 2021 12:13 (UTC +04:00)

Azərbaycanda nazir müavini işdən azad edildi - SƏBƏB - YENİLƏNİB

Təhsil Nazirliyi Məhəbbət Vəliyevanın nazir müavini vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ötən il dekabrın 25-dən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

***

Saat: 11:21

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad olunub.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, o, təhsil nazirinin müvafiq əmri əsasında müavin vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, M.Vəliyeva bundan öncə Bakı şəhər Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Məhəbbət Vəliyeva 2018-ci il iyunun 29-da təhsil nazirinin müavini təyin edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar