Azərbaycanda məscidlərdən birində maraqlı hal yaşanıb.
Lent.az-ın xəbərinə görə, Məhərrəm ayı ilə bağlı keçirilən matəm məclislərində molla mərsiyəni Üzeyir Hacıbəyovun bəstəsi üzərində oxuyub.
Onun səsləndirdiyi mərsiyə dahi bəstəkarın “O olmasın, bu olsun” operettasından Məşədi İbadın oxuduğu mahnının melodiyası üzərində qurulub.