Azərbaycanda maşınların rəngini dəyişmək qadağandır? - CAVAB
18 iyun 2021 17:10 (UTC +04:00)

Azərbaycanda maşınların rəngini dəyişmək qadağandır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu avtomobillərə vurulan bəzək və vinillərin rəngi ilə bağlıdır.

Müasir dövrdə avtomobil sahibləri maşınlarının müxtəlif rənglərlə bəzədilməsinə daha çox üstünlük verirlər. Kimisi avtomobili şahmata oxşar bəzəyir, kimisi də solğun rəngli vinillərdən istifadə edir. Bəs görək, qanunvericilikdə bununla bağlı qadağa var?

Avtomobil eksperti Elməddin Muradlı rubrikamızın sualına cavab olaraq bildirib ki, Yol Hərəkəti Haqqında Qanunda maşınların rənginin dəyişdirilməsinə qadağa yoxdur:

Avtomobil eksperti Elməddin Muradlı

“Azərbaycanda avtomobillərin rəngini dəyişmək hansısa qanunla tənzimlənmir. Yol hərəkəti haqqında qanuna və ümumi qanunvericiliyə əsasən, avtomobilin rəngi dəyişdirildikdə sürücü dərhal bunu qeydiyyata aldırmalıdır. Əgər rəng dəyişikliyi qeydiyyata alınmırsa sürücüyə 50 manat cərimə tətbiq olunur. Burada məsələn, ağ rəngli maşına yenidən ağ rəng və ya ağ vinil vurulmasından söhbət getmir. Bunun üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Həmçinin ağ rəngli maşınlara şahmat bəzəyi və s. digər rənglərdən ibarət bəzək vurulanda da qeydiyyat lazımdır.

Amma bəzən sürücülər ağ parlaq rəngə ağ solğun vinil vururlar. Bu qeydiyyata alınmalıdır. Düzü solğun vinillərin əleyhinəyəm. Xüsusən, qara solğun vinil məsləhət deyil. Çünki qaranlıq vaxtlarda avtomobilin görüntü məhdudiyyəti yaranır. Nəticədə, işıqlar həmin avtomobildə parlaqlıq yaratmadığı üçün qəza hadisələri də istisna olunmur.

Qanunvericilikdə avtomobilə vurulan rəng çeşidlərində məhdudiyyət yoxdur. Müasir avtomobillərdə insanlar növbənöv rəngləri sevirlər. Buna qadağa yoxdur, amma qeydiyyata alınmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4797
avatar

Mehman Nəbiyev

Oxşar yazılar