Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT
01 iyun 2021 16:32 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334132 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325040 nəfər müalicə olunaraq sağalıb, 4921 nəfər vəfat edib, aktiv xəstə sayı 4171 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9649, ötən müddət ərzində isə ümumilikdə 3523638 test aparılıb.

# 1605
avatar

Oxşar yazılar