Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA
11 sentyabr 2021 18:50 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405511 nəfər müalicə olunaraq sağalıb, 6065 nəfər vəfat edib, aktiv xəstə sayı 45840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16215, ötən müddət ərzində isə ümumilikdə 4639460 test aparılıb.

# 1203
avatar

Oxşar yazılar