Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.