Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 565 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 358, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 666 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 671, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 841 925, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 241 601, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 378 nəfər təşkil edir.