Azərbaycanda koronavirusa 2 nəfər yoluxdu, ölən...
09 may 2022 16:34 (UTC +04:00)

Azərbaycanda koronavirusa 2 nəfər yoluxdu, ölən...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 632 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 1 752, hazırkı dövrədək isə 6 836 568 test aparılıb.

# 2550
avatar

Oxşar yazılar