Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - FOTO
13 iyun 2021 01:29 (UTC +04:00)

Azərbaycanda ilk dəfə beşəm dünyaya gəldi - FOTO

Azərbaycanda ilk dəfə beşəm uşaqlar dünyaya gəlib.

Bu barədə Lent.az-a Bakı Sağlamlıq Mərkəzindən bildirilib.

29 yaşlı Lamiyə Mürşüdlünün dünyaya gətirdiyi körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub.

Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.

Mərkəzdən ana və körpələnin vəziyyətinin normal olduğu bildirilib.

# 9642
avatar

Oxşar yazılar