Azərbaycanda  iki qadını döyüb   evdən qovdular -  FOTO
04 iyul 2022 13:37 (UTC +04:00)

Azərbaycanda iki qadını döyüb evdən qovdular - FOTO

Azərbaycanda iki qadın döyülərək evdən qovulub. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, iyulun 3-də 2 qadın fiziki zorakılığa məruz qalıb: 

“Qadının birini içki düşkünü olan atası və qardaşı 7 yaşlı övladının gözü qarşısında döyüb və onu 37-ci Polis Bölməsinin əməkdaşları Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək”. 

Onun sözlərinə görə, digər qadını əri evdən qovub:

“Digər qadın da gecə saatlarında ərinin fiziki zorakılığına məruz qalaraq, evdən qovulub. Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var. Ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag rayon İcra Hakimiyyətinə yönləndirmişəm. Hər iki qadına dəstək olmağı aidiyyatı qurumlardan - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı şəhər Baş Polis İdarəsinin rəhbərləri və əməkdaşlarından rica edirəm”.


 

# 3501
avatar

Aytəkin Cəlali

Oxşar yazılar