22 may 2021 18:00 (UTC +04:00)

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 961 563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 115 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846 519 nəfər təşkil edir.

# 1047
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar