Azərbaycanda COVID-19 əleyhinə nə qədər insan peyvənd olunub?
16 may 2021 16:34 (UTC +04:00)

Azərbaycanda COVID-19 əleyhinə nə qədər insan peyvənd olunub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17623vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4455, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13168nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1795049 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1030831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 764218 təşkil edir.

 

# 1461
avatar

Oxşar yazılar