Azərbaycanda bir ayda 140 nəfər  ZƏHƏRLƏNDİ
02 dekabr 2021 10:38 (UTC +04:00)

Azərbaycanda bir ayda 140 nəfər ZƏHƏRLƏNDİ

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə faktı ilə bağlı 140 nəfər müraciət edib.

Mərkəzdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərin 72-si qadın, 42-si kişi, 26-sı uşaq olub.

Onların arasında sirkə turşusundan 25, dərmandan 52, spirtli içkidən 9, dəm qazından 21, zəhərli göbələkdən 8, qidadan 15, allergik reaksiyalardan isə 10 nəfər zəhərlənib.

Qeyd edək ki, ay ərzində zəhərlənmə ilə bağlı Mərkəzə müraciət edənlərdən 11 nəfər dünyasını dəyişib, 128 nəfər sağalaraq evə buraxılıb, 1 nəfərin isə müalicəsi davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Aytəkin Cəlali

Oxşar yazılar