Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı
13 may 2025 14:26 (UTC +04:00)

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda pensiyaçıların sayı bir milyon nəfəri keçdi. Onlardan yüz minlərlə insan hələ də işləyir. 
Ötən ilin son statistikasına əsasən, Azərbaycanda pensiya alanların sayı 1 milyon 95 min 958 nəfərə çatıb. Maraqlıdır ki, bu pensiyaçıların böyük əksəriyyəti qadınlardır.

Lent.az xəbər verir ki, ümumi pensiyaçıların 472 min 833 nəfəri kişi, 623 min 125 nəfəri isə qadındır. Rəqəmlər cinslər arasında pensiyaya çıxanların nisbətində açıq fərq olduğunu göstərir.

Hazırda qüvvədə olan qərara əsasən, 2024-cü ildən 2025-ci il iyunun 30-dək kişilər 65, qadınlar isə 64 yaşında pensiyaya çıxırlar.

Əldə olunan digər maraqlı statistikaya görə, pensiyaçıların içində 184 min 222 nəfər hələ də əmək fəaliyyətini davam etdirir. Yəni, hər beş pensiyaçının biri işləyir. Bu şəxslərin 135 min 511 nəfəri isə yaşa görə pensiyaya çıxmış insanlardır.

İşləyən pensiyaçılar 433,4 manat, işləməyənlər isə 442,9 manat pensiya alırlar. Xüsusən yaşa görə pensiyaya çıxmış, lakin hazırda işləyən şəxslər ümumilikdə 455,3 manat pensiya alırlar. 

Statistik göstəricilər həm də onu göstərir ki, pensiya yaşı keçmiş və əmək fəaliyyətinə davam edən insanların sayı artmaqdadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106

Oxşar yazılar