Azərbaycanda 106 nəfər ZƏHƏRLƏNDİ:  3 ölü
05 mart 2024 11:03 (UTC +04:00)

Azərbaycanda 106 nəfər ZƏHƏRLƏNDİ: 3 ölü

2024-cü ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib. 

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

# 4989
avatar

Arzu Qurbanlı

Oxşar yazılar