Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 10 334 nikah və 3 704 boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.