Azərbaycanda 200-ə yaxın tələbə COVID-ə YOLUXUB
01 mart 2022 16:50 (UTC +04:00)

Azərbaycanda 200-ə yaxın tələbə COVID-ə YOLUXUB

Azərbaycan universitetlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb. 

Lent.az ölkənin bir neçə aparıcı universitetlri arasında bununla bağlı sorğu keçirib. 

Sorğunun nəticələrinə görə, Azərbaycan universitetlərində yoluxma riski hələ də qalır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq: 

“Tələbələr arasında buster doza ilə peyvəndlənmə davam edir. Tələbələrin dərsə davamiyyəti 99 faizdir. Koronavirusa yoluxan tələbələr dərslərə onlayn qoşulur. 

200 tələbə 3-cü dozanı vurdurub. Hazırda virusa yoluxan 134 tələbə dərslərini distant şəkildə davam etdirir”.

Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova: 

“Universitetdə vəziyyət yaxşıdı. Dərslər ənənəvi şəkildə davam edir.Tələbə və müəllimlər arasında kütləvi yoluxma halı qeydə alınmayıb. Dərsə davamiyyət normaldır”. 

UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova:

“Fevral ayı üzrə 12 əməkdaşda və 17 tələbədə COVID aşkarlanıb”.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı:

“Hazırda 2 müəllim və 5 tələbə koronavirusa yoluxub”.

Azərbaycan Universitetinin mətbuat katibi Lalə Dilənova:

“Bizim heyət üzrə (professor-müəllim heyəti və inzibati heyət) bu gün etibarı ilə COVID testi təqdim edən və karantində olan 1 işçimiz var. 7 tələbəmiz dərsləri distant şəkildə davam etdirir”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Namazova:

“Hazırda koronavirusa görə distant tədrisdə olan qrupumuz yoxdur. 15 tələbə karantindədir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov:

“İndi 3 müəllim və 4 tələbəmiz koronavirusa yoluxub. Onlar karanindədir”.

Qeyd edək ki, keçirdiyimiz sorğuya əsasən, hazırda 182 tələbə COVID-ə yoluxub.

# 2829
avatar

Aytəkin Cəlali

Oxşar yazılar