"Azərbaycanda bu günə kimi 2 milyona yaxın peyvənd dozası vurulub. Onlardan 850 mindən çox ikinci dozanı vurduran vətəndaşlar var".
Lent.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən brifinqində deyib. O bildirib ki, ölkədə kifayət qədər peyvənd var:
“Peyvəndləmə ilə bağlı heç bir problem yoxdur. "BioNTec" peyvəndini gözləyirik və yaxın günlərdə ölkəyə gətirilməsi planlaşdırılır".