Azərbaycana  qar yağdı   -  VİDEO
04 iyul 2022 11:44 (UTC +04:00)

Azərbaycana qar yağdı - VİDEO

İlin ən isti ayı sayılan iyulda Azərbaycanda qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 santimetrlik qar örtüyü əmələ gəlib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də Şahdağda analoji proses baş vermişdi. 

“Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.  

Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub.

“Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 mm (aylıq normanın 108 faizi), Zaqatalada 80 mm (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”.

U.Tağıyeva onu da bildirib ki, yaxın günlər ərzində əksər rayonlarda havanın yağmursuz olacağı gözlənilsə də, lakin ayın 9-dək şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var.

# 9882
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02