Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb
19 yanvar 2021 14:54 (UTC +04:00)

Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb

Azərbaycan Tibb Universitetində peyvəndləmə başladı

Yanvarın 18-dən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

Lent.az xəbər verir ki, artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da peyvəndləmə prosesinə başlanılıb. Klinikalarda hər cür tələblərə cavab verən peyvəndləmə məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.  

 Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb                               

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, peyvəndləmə prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni  yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev peyvəndləmənin könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca peyvəndləmə otağı ayrılıb:

“Orada 4 tibb bacısı fəaliyyət göstərir. Peyvəndləmə üçün klinkamızda demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub”.

Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan peyvəndləmənin əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq peyvəndləmə məntəqəsinin təşkil olunduğunu bildirib.     

Qeyd edək ki, adıçəkilən klinikalarda  ATU-nun əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb

Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb

Azərbaycan Tibb Universitetində peyvəndləmə prosesinə başlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2604
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar