Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu
10 iyun 2021 22:19 (UTC +04:00)

Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

Azərbaycan pravoslav xristianlarının lideri vəfat etdi

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

APA-nın məlumatına görə, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən bildirilib.

13 iyun 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib. 

2012-ci ildən bəri dərəcəsi arxiyepiskopdur.

# 906
avatar

Oxşar yazılar