Azərbaycan-İran sərhədində zəlzələ  -YENİLƏNİB
08 noyabr 2023 11:20 (UTC +04:00)

Azərbaycan-İran sərhədində zəlzələ -YENİLƏNİB

Yerli vaxtla saat saat 11:09-da İran ərazisində maqnitudası 4.7 olan zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

 

***

09:29

Lənkəranda zəlzələ olub.

Lent.az-ın verdiyi məlumata görə, saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib.

Yeraltı təkan təxminən 3-4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

***

İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhəd rayonlarında - Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9240
avatar

Oxşar yazılar