ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®
28 noyabr 2022 10:47 (UTC +04:00)

ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

Hər il Türkiyədə keçirilən Beynəlxalq Türk dünyası Dağınıq Skleroz Konqresinin növbəti toplantısının Bakıda Azərbaycan Tibb Universitetinin ev sahibliyi ilə baş tutacağı planlaşdırılır.

Lent.az xəbər verir ki, bu barədə ATU-nun rektoru professor Gəray Gəraybəylinin Türkiyənin Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti ilə görüşü zamanı müzakirə aparılıb.

Sağlamlıq Elmləri Universitetinin nevrologiya üzrə mütəxəssisi, professor Şərəf Dəmirkaya görüşdə artıq dörd ildir keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi barədə məlumat verərək bu tədbirin məqsədinin Türkiyə və türkdilli ölkələrdə dağınıq skleroz sahəsində çalışan mütəxəssislərin arasında bilgi mübadiləsinin təşkil etməkdən ibarət olduğunu bildirib. Professor Ş.Demirkaya ilk Konqresin 2019-cu ildə Ankarada keçirildiyini, sonradan tədbirə dost və qardaş ölkələrdəki məsləkdaşları tərəfindən böyük diqqət olduğunu nəzərə alaraq növbəti illərdə tədbirin hər dəfə başqa bir ölkədə keçirilməsinin qərar alındığını deyib. Artıq 4-cü toplantı ötən il Özbəkistanın Səmərqənd şəhərində gerçəkləşdirilib. Professor Ş.Demirkaya beşinci beynəlxalq toplantının isə ATU-nun ev sahibliyi ilə Bakıda təşkil edilməsini təklif edib.

ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara təklif üçün təşəkkür edərək universitet tərəfindən bu konqresin Bakıda təşkili üçün zəruri olan addımların atılacağını bildirib. Rektor qeyd edib ki, belə bir beynəlxalq tədbirin Bakıda təşkili bu sahədə işləyən mütəxəssislərin təcrübəsini paylaşması, həm də ortaq çalışma və araşdırmalarla ölkələr arasındakı işbirliyini gücləndirmək üçün gözəl imkandır. Professor Gəray Gəraybəyli 2023-cü ilin iyununda ölkəmizdə keçiriləcək Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin həm Azərbaycan, həm də türk dünyasındakı nevroloqların işinə önəmli töhfə verəcəyindən əminliyini vurğulayıb.
Daha sonra Sağlamlıq Elmləri Universitetinin Klinik Psixologiya kafedrasının rəhbəri, dosent Aynur Feyzioğlu görüş iştirakçılarına Buxara Dövlət Tibb Universiteti ilə birgə görülən işlər, ortaq layihələr barədə məlumat verib. O, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə də birgə layihələr reallaşdırıla biləcəyini qeyd edib.

Görüş iştirakçıları 2023-cü il iyun ayında Bakıda 5-ci Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin təşkilinin təfərrüatlarını müzakirə ediblər. Tədbirin təşkili ilə bağlı fikir mübadiləsində həmçinin ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, ATU-nun nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, Rəhim Əliyev iştirak ediblər.

# 933
avatar

Oxşar yazılar

Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

26 yanvar 2023 , 12:35