"İmişlidə 11 yaşında zorlanaraq,hamilə qalan, uşağını dünyaya gətirən qızı və körpəni himayəmizə götürəcəyik".
Bu sözləri lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, himayəyə götürmək üçün sənədlər hazırlanır:
“Bu gün himayəyə götürmək üçün sənədlər hazırlanır və aidiyyəti üzrə göndəriləcək. Şənbə günü olduğu üçün müraciətimizə birinci gün cavab gələcək. Hazırda 11 yaşlı qız narkozdan ayılıb. Amma bu çox ağır əməliyyat olduğundan qızın tezliklə yaxşı olacağını gözləmək düzgün deyil. Çünki burada söhbət həm fizioloji, həm də mənəvi travmadan gedir. Körpənin vəziyyəti ilə bağlı isə heç bir məlumat verilmir”.
Xatırladaq ki, hüquq-mühafizə orqanları tərəfindən zorlama hadisəsində şübhəli bilinən qızın ögey atası Qurban Fərəcovun saxlanıldığı qeyd edilir.