Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu apteklərdə dərman qıtlığı ilə bağlıdır.
Bakıda yaşayan bəzi sakinlər apteklərdə axtardıqları dərmanları tapmadıqlarından şikayətlənir. Son zamanlar aptekə üz tutanlar ya əliboş qayıdır, ya da başqa dərman əvəzləyicisi almağa məcbur olurlar. Onlara lazım olan dərmanın əvəzinə daha baha qiymətə əvəzedici dərmanlar təklif edilir.
Maraqlıdır, apteklərdəki dərman qıtlığının əsas səbəbi nədir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən farmakoloq Aydın Əliyev bildirib ki, bu problemin yeganə həll yolu dərmanların öz ölkəmizdə istehsal olunmasıdır:
Ölkədəki apteklərdə bəzi dərmanların yoxa çıxmasının əsas səbəbi dünyada baş verən proseslərlə əlaqəlidir. Bunun başqa səbəbi yoxdur. Əgər dərman ölkəmizdə varsa, sahibkar onun satılmasında maraqlı olmalıdır. Əgər axtardığınız dərmanı tapmırsınızsa, deməli, dərman bazasında yoxdur.
Bu problemin yeganə həlli xaricdən gətirilən dərmanların öz ölkəmizdə istehsal olunmasıdır. Dərman təchizatın ölkəmizdə zəif olması və xaricdən asılılığımız qıtlığa gətirib çıxarır".